"Azərbaycan millisində işləməyə hazıram, düşüncəm dəyişib"

6 İyul 2020 23:20 Milli komanda 1 425
"Azərbaycan millisində işləməyə hazıram, düşüncəm dəyişib"

"Məşqçiliyə qayıtmaq istəyirəm. Ciddi məqsədi olan, avrokuboklarda yarışmaq istəyən komandalardan təklif gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk deyib.

Qriqorçuk 2014-2018-ci illərdə "Qəbələ"yə başçılıq edib. "Astana"dan ayrıldıqdan sonra işsiz qalan ukraynalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Azərbaycana qayıtmaqla bağlı sualı da cavablandırıb.

Bir müddət əvvəl adı Azərbaycan yığması ilə hallanan 55 yaşlı çalışdırıcı buna isti yanaşdığını gizlətməyib. Qriqorçuk artıq milliyə rəhbərlik etməyə hazır olduğunu söyləyib:

"Bu tip suallara cavabım belə olur: şərh yoxdur. İndi müasir dünyada fərqli məlumatlar yayılır, o cümlədən idman mediasında. Bəzən haradan gəldiyini başa düşmək belə çətindir. Belə söz-söhbətləri şərh etsəniz, bunu daha da gücləndirmiş olursunuz.

Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikirlərimi bildirmişdim. Bu təcrübə mənim üçün maraqlıdır. Klubda olduğu kimi, millidə işləməyə də hazıram.

Əlbəttə ki, bunlar fərqlidir. Əvvəllər özümü yığmanın baş məşqçisi kimi təsəvvür etmirdim. Ancaq son bir-iki ildə bu istiqamətdəki düşüncəm dəyişib və belə işə hazıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti