"Bizdə tarix yazacaq, özünü göstərə biləcək futbolçu yoxdur"

4 İyul 2020 12:30 Milli komanda 1 061
"Bizdə tarix yazacaq, özünü göstərə biləcək futbolçu yoxdur"

“Roy Kinin gəlişi ilə bütün problemlərin həll olacağına əmin ola bilmərik”.

Sportinfo.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

O bildirib ki, Millətlər Liqasında uğurlu çıxışa ümidləndiyimiz üçün məşqçi axtarışı sürətlənib: “Əgər Millətlər Liqasının oyunları bu il üçün təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur.

Əcnəbi məşqçi gələrsə, Azərbaycan futbolçularını tanımaq üçün ona ən azı bir il vaxt lazım olacaq. Hazırkı pandemiya şəraitində isə məşqçilərin oyunçu seçimi etmək üçün belə bir imkanı yoxdur.

Hazırkı məqamda hər-hansı əcnəbi məşqçi Azərbaycan millisinə fövqəl bir uğur qazandırmayacaq. Futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur. Futbolçu yetişdirmək lazımdır”.

İngiltərənin “The Sun” nəşri “Mançester Yunayted”in əfsanəvi futbolçularından sayılan Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu .

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada