"Mançester Yunayted"in əfsanəsi millimizi çalışdırmağa tərəddüd edir

4 İyul 2020 11:48 Milli komanda 837
"Mançester Yunayted"in əfsanəsi millimizi çalışdırmağa  tərəddüd edir

İrlandiyalı məşqçi Roy Kin AFFA ilə danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu haqda independent.ie saytında çıxan yazıda bildirilib.

Qeyd edilib ki, millimizin baş məşqçisi vəzifəsinə namizədlərdən olan Kinə təyinatı gerçəkləşəcəyi halda Azərbaycanda daimi yaşaması əsas şərtlərdən biri kimi irəli sürülüb. Bu məsələdə isə 48 yaşlı mütəxəssisin tərəddüd etdiyi bildirilir.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Roy Kinin federasiyasının namizədləri sırasında olduğunu təsdiqləyib: “Məşqçi müəyyən kriteriyalara cavab verməlidir.

Birinci, o, təklif olunan işdə işləməyə və həmin ölkədə yaşamağa hazır olmalıdır. O, bütünlükdə Azərbaycan futbolunun və millinin inkişafında iştirak etməlidir. Biz Roy Kini futbolçu kimi tanıyırıq. Onun barəsində Azərbaycan millisinin baş məşqçisi kimi danışmaq isə tez olardı”.

Digər Xəbərlər
Xəbər Lenti