AFFA yığmanın futbolçularını Kinə döydürmək istəyir?

2 İyul 2020 20:20 Milli komanda 927
AFFA yığmanın futbolçularını Kinə döydürmək istəyir?

"Bir çox məşqçi milli komandaya rəhbərlik etmək istəyir".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "The Irish Times"a məxsusdur.

İrlandiyanın məşhur nəşri AFFA-dan dəvət alan Roy Kinin Azərbaycandakı perspektivinə inanmır: "Azərbaycanda kifayət qədər yerli məşqçilər var.

Yəqin ki, Bakı Roy Kinin paltardəyişmə otağında futbolçularla necə mübahisə etməyindən və qalmaqallı açıqlamalarından xəbərsiz deyil. Futbol rəhbərləri başa düşürlər ki, Kinlə çətin olacaq və sadəcə, həyatlarını çətinləşdirmək istəmirlər.

Ehtimal olunur ki, Kin Avro-2020-nin seçmə mərhələsində cəmi 1 xal toplayan məşqçidən (Nikola Yurçeviç) daha uyğun hesab edilir. Ancaq indiki halda Kinin Azərbaycan millisi üçün ən uyğun namizəd sayılması təəccüblü olardı".

İrlandiya millisinin sabiq üzvü 2011-ci ildən bəri baş məşqçi kimi işləməyib. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 49 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti