AFFA indiyədək yarım milyard manatı nə edib?

2 İyul 2020 15:46 Milli komanda 638
AFFA indiyədək yarım milyard manatı nə edib?

AFFA Roy Kinin Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olmasına dair iddianı təsdiqləyib.

Qurumun danışıqlar apardığı məşqçilər arasında irlandiyalının da adı var.

AFFA-nın seçimi bu namizəd üzərində edib-etməyəcəyi məlum deyil, lakin niyyət bəllidir – Əcnəbi mütəxəssis gətirməyə cəhd və yenə də milyonluq müqavilə!

Belə qənaətə gəlmək olar ki, AFFA rəhbərliyi yenə də Azərbaycan futbolunun inkişafı barədə heç bir konsepsiya ortaya qoymayacaq. Qoya bilmir, yoxsa qoymaq istəmir? Təhlil olunası mövzudu… Dəqiq bilinən isə, AFFA-da hər bir işdə söz və məsuliyyət sahibi olan Elxan Məmmədovun 13 illik fəaliyyəti dövründə olduğu kimi yenə də “üstü bəzək, altı təzək” prinsipindən əl çəkməməsidir.

Prinsipinə sadiq icraçı vitse-prezident 13 illik fəaliyyəti dövründə nə ilə yadda qalıb? Göyə sovrulan milyonlar... AFFA-nın açıqladığı rəsmi maliyyə hesabatlarına görə, qurum bu illər ərzində 300 milyon manata yaxın vəsait xərcləyib. Digər mənbələr isə məbləğin 500 milyon - Yarım milyard manat olduğunu deyir. Bu qədər vəsait hardan xərclənib? Dövlət büdcəsindən! Nəticə? Azərbaycan futbolu yerində sayır… Bu halda ciddi audit yoxlamasının aparılması zərurəti meydana çıxır.

AFFA 13 il ərzində milli komandanı fantastik məbləğlər qarşılığında əcnəbi məşqçilərə həvalə edib. Bu məşqçilərin heç biri Azərbaycan futbolunun inkişaf modelini qura bilməyiblər. Bundan sonra necə olacaq? Bu sistemlə yaxşı olacağı ağlabatan görünmür (sportlife.az)…

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!