UEFA AÇ-nın seçmə mərhələsi ilə bağlı yeni qərar verdi

1 İyul 2020 23:40 Milli komanda 757
UEFA AÇ-nın seçmə mərhələsi ilə bağlı yeni qərar verdi

UEFA 2021-ci ildə keçiriləcək 21 yaşadək futbolçuların Avropa çempionatı ilə bağlı yeni qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincilərinin pley-off görüşləri keçirilməyəcək.

Verilən qərara əsasən, qrup ikinciləri arasında ən yaxşı 5 komanda 9 liderlə birlikdə turnirin final mərhələsinə vəsiqə qazanacaq. Təşkilatçı ölkələr - Sloveniya və Macarıstan isə final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Macarıstan A və C, Sloveniya isə B və D qruplarında keçiriləcək oyunları qəbul edəcək. Turnirin final oyunu 2021-ci il iyunun 6-da Sloveniyada baş tutacaq.

Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsində İsveçrə, Fransa, Gürcüstan, Slovakiya və Lixtenşteynlə birgə eyni qrupda mübarizə aparır.

Serbiyalı baş məşqçi Milan Obradoviçin çalışdırdığı komanda 6 oyundan sonra 6 xalla qrupda 5-cidir. Gürcüstan və Slovakiya da eyni xal toplayıblar və 3-4-cü yerləri bölüşürlər. İsveçrə 12 xalla 1-ci, Fransa 9 xalla 2-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"