"Azərbaycan millisi klub deyil ki, istədiyin futbolçunu transfer edə biləsən"

1 İyul 2020 19:02 Milli komanda 1 346
"Azərbaycan millisi klub deyil ki, istədiyin futbolçunu transfer edə biləsən"

Roy Kinin Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər sırasında ilk pilləyə yüksəlməsi Britaniya mətbuatının müzakirə mövzusuna çevrilib.

Sportinfo.az xəbər verir ki, irlandiyalı həmkarlarımız "Mançester Yunayted" əfsanəsinin AFFA ilə anlaşmasını zəruri edən səbəbləri dəyərləndirib.

Məqalədə səbəblərdən biri kimi maliyyə şərtləri göstərilib. Yerli KİV qeyd edib ki, irlandiyalı mütəxəssisin maliyyə tələbləri AFFA-nın ürəyincədir.

48 yaşlı çalışdırıcı üçün maddi məsələ o qədər də önəmli olmadığından, o, elə də yüksək maaş istəmir. Həmçinin assosiasiya ona istər təlim-məşq toplanışları, istər səfərlər, istərsə də otellərlə bağlı ən yüksək səviyyədə şərait sözünü verib.

Digər səbəb isə odur ki, Roy Kin baş məşqçi kimi özünü təsdiq etmək və daha yüksək səviyyəli komandaları çalışdırmaq arzusundadır və bu baxımdan Azərbaycan millisini tramplin kimi görür. Həmkarlarımız çalışdırıcının əsas məqsədinin Millətlər Liqasında uğurlu çıxış etmək olacağını vurğulayıb:

"Düzdür, Azərbaycan millisi klub kimi deyil ki, istədiyin futbolçunu transfer edə biləsən. Üstəlik, beynəlxalq arenada elə yüksək imkanları da yoxdur. Ancaq qalib gəlsə də, məğlub olsa da, Azərbaycan yığmasında çalışmaq Roy Kin üçün zəngin təcrübə olacaq".

AFFA da Roy Kinlə danışıqların aparıldığını təsdiqləyib. Yaxın günlərdə onun millimizin sükanı arxasına təyinatı istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”