Azərbaycan yığmasını yenə FƏLAKƏT gözləyir?

1 İyul 2020 12:44 Milli komanda 941
Azərbaycan yığmasını yenə FƏLAKƏT gözləyir?

Bu ilin payızında keçiriləcək UEFA Millətlər Liqası qrup mərhələsi bağlı ehtimallar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yarışda mübarizə aparacaq hər komandanın şansları müəyyənləşib.

Ekspertlər C liqasının 1-ci qrupunda qüvvəsini sınayacaq Azərbaycan yığmasının da gücünü dəyərləndirib. Monteneqro, Kipr və Lüksemburqa rəqib olan millimizin şansları o qədər də yüksək qiymətləndirilmir.

Hələ də baş məşqçi axtarışında olan komandamızın qrup qalibi şansları cəmi 17,04 faizdir. Mütəxəssislər Azərbaycan yığmasını daha çox 3-cü sırada görür:

1-ci yer: 17,04
2-ci yer: 24,61
3-cü yer: 29,60
4-cü yer: 28,75

Qrupumuzun digər komandalarına gəlincə, Monteneqronun birincilik şansı 47,43 faizlə dəyərləndirilir. Kipri ikinci (27,51) ikinci sırada görən ekspertlər Lüksemburqu autsayder hesab edir – 37,20 faiz.

Digər Xəbərlər
Xəbər Lenti