Yığmamızın qapıçısı: “Mənə onun nikahdankənar oğlu deyirdilər”

21 İyun 2020 20:20 Milli komanda 896
Yığmamızın qapıçısı: “Mənə onun nikahdankənar oğlu deyirdilər”

Millizin sabiq qapıçısı Andrey Popoviç alman mütəxəssis Berti Foqtsla münasibətlərinə dair maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, peşəkar karyerasını başa vuran Ukrayna əsilli kiper ölkəsinin ua-football.com saytına müsahibəsində “Sizi Berti Foqtsun sevimlisi adlandırmaq olarmı” sualını belə cavablandırıb:

“Mən daha artığını deyərdim. Hətta mənim Foqtsun nikahdan kənar oğlu olduğumu deyir və bu söhbətlərlə “zəhərləyirdilər”. Amma mən milliyə gözəl gözlərimə görə düşmürdüm. Həmişə üzərimdə işləyir və meydanda öz səviyyəmi göstərməyə çalışırdım”.

Popoviç 2011-12-ci illərdə, Berti Foqtsun dönəmində millimizə dəvət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”