Çempionata qatılacaq 5-ci komandanı müəyyənləşdirmək üçün...

18 İyun 2020 10:24 Milli komanda 1 022
Çempionata qatılacaq 5-ci komandanı müəyyənləşdirmək üçün...

19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-round mərhələsi avqustun 31-dən sentyabrın 8-dək keçiriləcək.

Sportinfo.az xəbər verir ki, turnirin final mərhələsi 2 hissədən ibarət olacaq.

Əvvəlcə (8-14 oktyabr) 8 komanda 2 qrupda mübarizə aparacaq. Şimali İrlandiyada baş tutacaq matçlardan sonra qruplarında ilk 2 yerin sahibləri final mərhələsinə adlayacaqlar.

3-cü yeri tutanlar isə U-20 yığmaları arasında dünya çempionatına qatılacaq 5-ci komandanı müəyyənləşdirmək üçün pley-off görüşündə üz-üzə gələcəklər.

Final mərhələsinin qarşılaşmaları 9-18 noyabrda Şimali İrlandiyada keçiriləcək.

17 yaşadək qadınlardan ibarət yığmalar arasında elit-round mərhələsi 12-20 sentyabrda, final mərhələsi isə 4-10 oktyabrda keçiriləcək. Dünya çempionatına lisenziya xarakteri daşıyacaq turnir İsveçdə təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”