Yığmamızın iştirak etdiyi Avropa çempionatının YENİ TƏQVİMİ

18 İyun 2020 00:42 Milli komanda 652
Yığmamızın iştirak etdiyi Avropa çempionatının YENİ TƏQVİMİ

UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında aşağı yaş qrupları üzrə yığmalar arasında Avropa çempionatlarının yeni təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandaların mübarizə aparacağı Avropa çempionatının final mərhələsi 2 hissədən ibarət olacaq.

Oyunlara əvvəlcədən də məlum olduğu kimi Macarıstan və Sloveniya ev sahibliyi edəcəklər. Hazırda davam edən təsnifat mərhələsinə bu ilin sentyabr, oktyabr və noyabrında yekun vurulacaq. 9 qrup lideri və ən yaxşı göstəriciyə malik 5 qrup ikincisinə ev sahibləri qoşulacaqlar.

Bununla da 16 yığma hərəsində 4 komanda olmaqla eyni sayda qrupa bölünəcək. Qrup mərhələsinin oyunları 24-31 martda olacaq. Qrupda ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.

Bu mərhələnin qarşılaşmaları isə 2021-ci il 31 may - 6 iyunda "8-lər finalı" formatında keçiriləcək.

Məlumat üçün deyək ki, Azərbaycanın U-21 yığması İsveçrə, Fransa, Gürcüstan, Slovakiya, Lixtenşteynlə birlikdə 2-ci qrupda mübarizə aparır. Xorvatiyalı mütəxəssis Milan Obradoviçin başçılıq etdiyi kollektiv 6 oyundan 6 xalla 5-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti