Yığmamızın forvardını 450 min avroya aldılar - UCUZ BAZAR

12 İyun 2020 13:54 Milli komanda 962
Yığmamızın forvardını 450 min avroya aldılar - UCUZ BAZAR

“Vulverhempton”un transfer etdiyi futbolçuların qiyməti açıqlanıb.

Sportinfo.az “radiotimes”ə istinadən xəbəb verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da adı var.

Məlumata görə, komandanın ən bahalı transferi Raul Ximenesdir. Premyer Liqa təmsilçisi “Benfika”dan heyətinə qatdığı meksikalı forvard üçün 34 milyon avro ödəyib. İkinci sırada isə yarımmüdafiəçi Pedro Neto yer alıb. Klub “Latsio”dan transfer edilən futbolçu üçün 16 milyon avrodan keçib.

“Vulverhemton”un ucuz qiymətə heyətinə cəlb etdiyi oyunçulardan biri Renat Dadaşovdur. “Canavarlar”ın Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi yığmamızın üzvünə qarşılıq 450 min avro ödədəyi bildirilir.

Dadaşov ötən il “Vulverhempton”a keçib. O, hələ ki, əsas heyətdə debüt edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"