"Ailəsi onu hansısa tanınmış kluba "transfer" edəcək"

9 İyun 2020 12:30 Milli komanda 941
"Ailəsi onu hansısa tanınmış kluba "transfer" edəcək"

“Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirə bilər.

"Akşam"ın iddiasına görə, o, “Beşiktaş”ın maraq dairəsindədir.

İstanbul təmsilçisi əvvəlcə U-21 millimizin üzvünün qardaşı Orkun Kökçünü heyetinə qatmaq niyyətində idi. Ancaq “Beşiktaş” “Feyenord”da çıxış edən orta sahə oyunçusu ilə razılığa gələ bilməyib.

Bunun ardından “ağ-qaralar” Ozan Can Kökçünü transfer etməyi planlaşdırır. Baş məşqçi Sergen Yalçının gənc oyunçulara çalışmaq istədiyi və rəhbərlikdən futbolçunun alınmasını tələb etdiyi bildirilir.

Sportinfo.az xəbər verir ki, Ozanın “Sabah”la müqaviləsi 2021-ci ildə başa çatır. O, paytaxt klubuna ötən il “Giresunspor”dan keçib. Türkiyəli həmkarlarımızın yaydığı xəbərə reaksiyalar birmənalı deyil.

Menecer Erkin İbrahimovun qeydləri ilə tanış olaq: “Bu Ozan Can Kökçü da boş dura bilmir. Pandemiya olsun, apokalipsis olsun - Ozan və ailəsi yenə tanış jurnalistlər vasitəsilə onu hansısa tanınmış kluba "transfer" edəcək.

Özü də bir qayda olaraq, bu nağıllar hər il may-iyun aylarında təkrarlanır. Bir ara guya, "Tottenhem" ilə "Arsenal" Kökçü uğrunda "müharibə" aparırdı, sonda Türkiyənin 1-ci divizion klubuna keçdi.

Nə yaxşı, artıq nisbətən sakitləşib, indi APL nəhənqlərini deyil, maksimum "Beşiktaş"ı hədəf alır. Gələn il da yəqin adını süni olaraq "Qarabağ" ilə hallandıracaq. Bir də gördüz, "Qaradağ-Lökbatan"a keçdi.

Berti Foqts Polşa yığmasına, Roman Qriqorçuk Kiyev "Dinamo"suna gedən kimi, Kökçü da tanınmış bir kluba keçəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"