Millimizə gəlmək istəməyən hücumçu rus klubu ilə anlaşdı

6 İyun 2020 21:00 Milli komanda 1 412
Millimizə gəlmək istəməyən hücumçu rus klubu ilə anlaşdı

“Kamaz”ın formasını geyinən Azərbaycan millisinin sabiq futbolçusu David Karayev komandasını dəyişir.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Premyer Liqa klubuna keçir.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü “Ural”la müqavilə bağlayacaq. Qış fasiləsində Moskva MOİK-ində baxışda olan Karayevin həmin komandaya keçidi artıq çəkisi olduğu üçün baş tutmamışdı.

Halbuki MOİK-lə “Kamaz” 275 min avroda ortaq məxrəcə gəlmişdi. Rusiya vətəndaşlığını daşıdığı üçün “Ural” onun transferində maraqlı olub və klublar arasında anlaşma əldə edilib.

Mövsüm başa çatdıqdan sonra keçid rəsmiləşəcək. David Karayev son mövsümdə “Kamaz”ın heyətində aşağı liqada meydana çıxdığı 16 oyunda 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”