"Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı" - Millimizin baş məşqçisi:

2 İyun 2020 18:06 Milli komanda 650
"Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı" - Millimizin baş məşqçisi:

"Onun toplanışları zamanı o qədər qaçırdıq ki, oyunçular həqiqətən qaytarırdılar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç "Match TV"yə açıqlamasında bu yaxınlarda "Lokomotiv"dən istefaya göndərilən Yuri Syomin barədə danışarkən deyib.

2001 - 2003-cü illərdə Moskva klubunda 73 yaşlı mütəxəssisin başçılığı altında oynamış xorvatiyalı onunla bağlı xatirələrini bölüşüb. Veteran müdafiəçi Syominin məşqlərdə xeyli hirsli olduğunu bildirib:

"Çantaları təpikləyirdi. Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı. Onun üçün yer və ya vaxt fərqi yox idi: paltardəyişmə otağında da, meydançada da, stadionun dəhlizində də, avtobusda da qışqırırdı. Amma baş məşqçi olandan sonra onu başa düşdüm".

2019-cu ildən U-21-ə başçılıq edən Milan 2001-ci ildə "Lokomotiv"lə Rusiya kubokunu da qazanıb. Obradoviçin sözlərinə görə, rusiyalı komandanı məhz bu yolla qələbəyə, çempionluğa kökləyirdi:

"2002-ci ildəki çempionluqdan sonra yaxşı içdik və Syominin başqa tərəflərini kəşf etdim. Əvvəllər onunla kafedə oturmamışdıq. Yalnız rəhbərliyi altında məşq edir, zalda çalışır, nahar edir və ayrılırdıq.

Yaxından ünsiyyət qurmamışdıq. Həmin vaxt yanımda əyləşdi, çiynimə vurdu və qucaqladı. Spirtli içki qəbul etdik. Sual verdi ki, niyə hər matçda bu qədər yaxşı oynamaq istəmirsən? Mən isə soruşdum ki, siz niyə həmişə mənə qışqırırsız? Aramızda bu cür səmimi söhbət oldu".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı