"Bakıda isti hava və rütubət bizim üçün ən pis şərait idi"

2 İyun 2020 13:12 Milli komanda 572
"Bakıda  isti hava  və rütubət bizim üçün ən pis şərait idi"

“DÇ-2018-in seçmə mərhələsində ən kritik oyunumuz Azərbaycana qarşı olub”.

Sportinfo.az xəbər verir ki, bunu BBC-nin şərhçisi Joel Taqqart deyib.

Şimali irlandiyalı jurnalist milli komandanın son dünya çempionatının seçmə mərhələsindəki çıxışı ilə bağlı maraqlı məqamlara toxunub. O, pley-offa vəsiqə qazanmalarında 2017-ci il iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan üzərində qələbənin böyük rol oynadığını vurğulayıb:

“Millimizin seçmə mərhələdə böyük oyunu Azərbaycana qarşı olmuşdu. Norveç və Çexiya da pley-offu hədəfləyirdi. Bu baxımdan səfərdə vurulan son dəqiqə qolu sayəsində Azərbaycan üzərində qazanılan qələbə həlledici oldu.

Oradakı isti hava şəraiti və rütubət bizim üçün ən pis şərait idi. Ancaq bunun fonunda Bakıdan qalibiyyətlə ayrılmaq böyük uğur idi”.

Digər Xəbərlər
Xəbər Lenti