AFFA millinin baş məşqçi postuna namizədlə anlaşsa da…

1 İyun 2020 23:00 Milli komanda 1 641
AFFA millinin baş məşqçi postuna namizədlə anlaşsa da…

AFFA Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

O bildirib ki, yeni baş məşqçinin təyinatı avqust ayında reallaşa bilər: "3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi.

Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir".

Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti