Kamran Ağayevi 1, Pepe Reynanı 5 dəfə məyus edən rus ulduz

29 May 2020 16:00 Milli komanda 519
Kamran Ağayevi 1, Pepe Reynanı 5 dəfə məyus edən rus ulduz

"Sovetski Sport" Andrey Arşavinin karyerası ərzində vurduğu qollarla bağlı araşdırma aparıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı yazıda Kamran Ağayevin də adı keçir.

Rusiya yığmasının yarımmüdafiəçisi 11 il əvvəl onun qoruduğu qapıya yol tapıb. Bu, Bakıda 1:1 nəticələnən DÇ-2010-nun seçmə mərhələ matçında baş verib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün ilk hissədəsində hesabı açsa da, Vaqif Cavadov status-kvonu bərpa etmişdi.

Arşavinin qol vurduğu qapıçılar arasında Saşa Stamenkoviç də yer alıb. Rus ulduz "Kayrat"da çıxış edərkən "Okjetpes"in "çərçivə"sini qorumuş serbiyalını məyus edib. Özü də bu, Qazaxıstan çempionatında 4 dəfə təkrarlanıb.

Hazırda "Sabah"ın formasını geyinən Saşa təsəlli tapa bilər, çünki Andrey "Liverpul"un ispaniyalı qapıçısı Pepe Reynaya daha çox - 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”