Yığmamızın forvardı bu qərardan məyus oldu, təəssüfləndi

28 May 2020 14:22 Milli komanda 1 045
Yığmamızın forvardı bu qərardan məyus oldu, təəssüfləndi

"Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi".

Sportinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Barış Ekincier deyib.

"Austriya" (Klaqenfurt) bu gün onunla yollarını ayırıb. Bohum"a məxsus olan forvard bu mövsüm icarə əsasında Avstriyanın II liqa təmsilçisində çıxış edirdi.

O, i iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniya klubuna dönəcək. Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt komandası Ekincierlə vidalaşmaq barədə razılığa gəlib.

Barış bu qərardan məyusluğunu gizlətməyib: "Burada özümü çox rahat hiss edirdim".

Barış Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır. "Austriya" turnir cədvəlində 19 oyundan sonra 37 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Rid"dən 8 xal geridədir. "Bohum" isə II Bundesliqada 35 xalla 10-cu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”