Millimizin hücumçusu Avstriya klubuna lazım olmadı

28 May 2020 10:38 Milli komanda 975
Millimizin hücumçusu Avstriya klubuna lazım olmadı

"Austriya" (Klaqenfurt) 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Barış Ekincierlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, icarə əsasında II liqa təmsilçisində çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacaq.

"Austriya" bütün futbolçuların imzaladığı formanı Barış Ekincierə təqdim edib.

Avstriyada mövsümün iyunda bərpası planlaşdırılsa da, Klaqenfurt təmsilçisi Ekincierlə vidalaşmaq barədə razılığa gəlib.

Barış Ekincierin "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır. "Austriya" turnir cədvəlində 19 oyundan sonra 37 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Rid"dən 8 xal geridədir. "Bohum" isə II Bundesliqada 35 xalla 10-cu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”