AFFA ilə De Byazi arasında İXTİLAF YARANDI – Milliyə namizədlər üstündə

15 Avqust 2020 12:44 Milli komanda 2 024
AFFA ilə De Byazi arasında İXTİLAF YARANDI – Milliyə namizədlər üstündə

Azərbaycan yığması martın 5-də Millətlər Liqasında yeni mövsümə start verəcək.

I Divizionunda mübarizə aparan komandamız həmin gün Luksemburqu qəbul edəcək.

Millimiz bu matçın hazırlığına avqustun 28-də start verəcək. Yeni baş məşqçi Canni De Byazi avqustun 10-dan Bakıdadır. Köməkçiləri ilə bərabər İtaliyadan gələn mütəxəssis artıq işinin icrasına başlayıb.

O və yardımçıları Premyer Liqa klublarının düşərgələrinə baş çəkir, yoxlama görüşlərini izləyir. Tərəflərin müqaviləyə imza atmasından cəmi bir neçə gün keçməsinə baxmayaraaq, artıq AFFA ilə De Byazi arasında ilk fikir ayrılığı yaranıb.

Federasiya millinin toplanışında görmək istədikləri futbolçuların siyahısı ilə onu tanış edib və bu, apenninli çalışdırıcının xoşuna gəlməyib. Siyahı ilə tanış olan yeni sükançı burada yer alan bəzi oyunçular haqda müsbət fikir irəli sürməyib.

O, yoxlama görüşlərini izlədiyini və yalnız Premyer Liqanın ilk turundan sonra yığmaya çağırılacaq namizədləri müəyyənləşdirəcəyini söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti