"Mançester Yunayted"in əfsanəsi millimizin baş məşqçisi olacaq?

30 İyun 2020 09:14 Milli komanda 1 552
"Mançester Yunayted"in əfsanəsi millimizin baş məşqçisi olacaq?

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən daha biri bəlli olub.

Sportinfo.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"in əfsanəvi futbolçularından sayılan Roy Kindir.

İrlandiyalı sabiq futbolçuya UEFA Millətlər Liqasında C Liqasında yer alan Azərbaycan yığmasına Kipr, Monteneqro və Lüksemburqla birgə yer aldığı qrupun oyunları zamanı rəhbərlik etmək təklifi ünvanlayıb. Kindən bu mərhələni keçməsi istənilib.

Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Lakin o, doğru seçim etdiyinə əmin olmaq istəyir.

Hazırda televiziyalardan birində ekspert kimi çalışan Kin növbəti 48 saat ərzində qərarını verməlidir. Çünki baş məşqçi axtarışları üçün müddət bitmək üzrədir.

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir.

Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!