Boş-boş işlərlə məşğuluq: "Onlardan ibrət götürməliyik" - VİDEO

1 Aprel 2025 15:00 Milli komanda 1 485
Boş-boş işlərlə məşğuluq: "Onlardan ibrət götürməliyik" - VİDEO

"Azərbaycanda futbolu inkişaf etdirmək istəyiriksə, Şimalı Makedoniyadan ibrət götürməliyik".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Balkan ölkəsinin bu idman növünün inkişafı naminə həyata keçirməyə başladığı yeni layihələrdən danışıb.

Tanınmış teleşərhçi bildirib ki, Qoran Pandevi federasiyasının idarəçiliyinə gətirən yerli rəhbərlik əvvəlki nəticələrlə kifayətlənmək niyyətində deyil, ona görə dəfərqli addımlar atmağı qərara alıblar.

Onların uzun illər Azərbaycanda çalışmış, "Bakı", "Qarabağ" və "Zirə"də fəaliyyət göstərmiş Borçe Xristova uşaq futbolunu tapşırdıqlarını söyləyən

Abbasov qeyd edib ki, makedonlar tezliklə böyük uğurlar əldə etməyi hədəfləyib.

Ekspertin fikrincə, AFFA bu ölkənin təcrübəsindən yararlanmalı, işıqucu görünməyən planlardan vaz keçməlidir.

SPORTTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!