Günlərlə danışılacaq ŞOK AÇIQLAMA! “Millidə qruplaşmalar var” - VİDEO

3 Aprel 2025 01:00 Milli komanda 1 067
Günlərlə danışılacaq ŞOK AÇIQLAMA! “Millidə qruplaşmalar var” -  VİDEO

“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq müdafiəçisi Maksim Medvedev milli komandada qruplaşamaların olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, o, yutubda yayımlanan “Off Top” podkastında bu barədə danışıb:

“Milli komandada qruplaşmalar var. Bu, əvvəllər də belə idi.

Biz oynadığımız vaxtlar komandada çıxış edən ukraynalılar bir, braziliyalılar başqa, yerlilər başqa qruplaşma yaratmışdılar. İndi də elədir.

Renat Dadaşovun dəstəsi bir, Bədavi Hüseynovun dəstəsi bir...Bu, olmamalıdır.

Meydanda bu hiss olunmur, amma məşqdə, yeməkxanada o dəqiqə görünür. Bunlar da oyuna təsir edir, çünki hər kəs özünü düşünür”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!