Son vaxtlar Azərbaycanda ən çox baxılan VİDEO - Sən nə edirsən?

2 Aprel 2025 17:40 Milli komanda 1 309
Son vaxtlar Azərbaycanda ən çox baxılan VİDEO -  Sən nə edirsən?

Millinin hücumçusu Musa Qurbanlı günlərdir sosial medianın diqqət mərkəzindədir.

Onun Haiti ilə Sumqayıtda keçirilən yoxlama görüşündə (0:3) etdiyi bir hərəkət müzakirə mövzusu olaraq qalmaqdadır.

Bu, matçın 75-ci dəqiqəsinə təsadüf edən qol epizodudur. O, Elvin Cəfərquliyevin sol cinahdan göndərdiyi asmanı başla qapıya göndərməkdənsə, topla əsl müdafiəçi kimi davranıb.

Adətən, arxa xətt oyunçuları belə anlarda tullanaraq «yuvarlaq meşin»in qapı istiqamətinə getməsini əngəlləyir.

Musa da bu hərəkəti ilə onlardan geri qalmadığını «göstərib». Odur ki, sosial şəbəkə istifadəçiləri onu ciddi tənqid atəşinə tutub, ünvanına iradlar səsləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM