COP29

Avro-2025-in seçmə mərhələsinə məğlubiyyətlə başladı1

13 Noyabr 16:20 Milli komanda 597
Avro-2025-in seçmə mərhələsinə məğlubiyyətlə başladı1

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gəlib.

Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan qarşılaşmanı şotlandiyalı hakimlər idarə edib. Matçda İslandiya 2:0 hesabı ilə qalib gəlib.

Tomas Yohannessen 26 və 89-cu dəqiqələrdə fərqlənərək dubl edib.

Qrupun digər matçında isə İrlandiya Moldovanı qəbul edir. Bu oyun Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

14:00. Azərbaycan (U-19) – İslandiya (U-19) - 0:2

Qollar: Tomas Yohannessen, 26, 89

Baş hakim: David Dickinson (Şotlandiya)

Kişinyov, "Zimbru-2" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi