"Bu futbolçularla çox şeyə nail olmaq olar" - Yığmamızın baş məşqçisi

19 Oktyabr 2022 09:20 Milli komanda 803
"Bu futbolçularla çox şeyə nail olmaq olar" - Yığmamızın baş məşqçisi

Gürcüstanın Rustavi şəhərində Azərbaycanın U-18 yığması gürcüstanlı həmyaşıdlarına qalib gəlib.

Sportinfo.az xəbər verir ki, yığmanın baş məşçisi Aqil Nəbiyev affa.az-a açıqlama verib:

"Oyuna daha istəkli başladıq. İlk 45 dəqiqədə 3-4 yüz faizlik qol imkanımız oldu. Hətta penaltidən yararlana bilmədik.

Ümumi götürsək oyuna nəzarət edən, topa daha çox sahib olan komanda biz idik. Səfərdə oynamağımıza baxmayaraq, daha dominant futbol oynadıq.

Bir neçə əsas futbolçumuz yox idi, amma heyətə dəvət etdiyimiz oyunçular onların yoxluğunu hiss etdirmədi. Bu yaş qrupunda olan futbolçularla çox şeyə nail olmaq olar.

Təbii ki, daha çox çalışmalıyıq. Əsas çatışmazlıq kimi uşaqların beynəlxalq oyun təcrübələrinin az olmasını qeyd edə bilərəm.

Qarşıdakı illərdə daha çox beynəlxalq səviyyədə oyunlar oynayıb, daha çox inkişaf eləmək olar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti