"Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

18 Oktyabr 2022 13:20 Milli komanda 983
"Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

"Rəqiblərlə bağlı kifayət qədər məlumatımız var".

Sportinfo.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Yuri Moroz AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacaqları Bosniya və Herseqovina, Azərbaycan və Lixtenşteynlə oyunlar barədə danışarkən deyib.

52 yaşlı ukraynalı mütəxəssis rəqiblərin güclü və zəif tərəflərini analiz etdiklərini bildirib: "Komanda onları bu turnirdə nələrin gözlədiyini başa düşməlidir".

Azərbaycan yığması seçmə mərhələdə ilk matçını oktyabrın 24-də Ukraynaya qarşı keçirəcək. Görüşlər Bosniya və Herseqovinada olacaq.

Qruplarda ilk iki yerin sahibləri və üçüncü yeri tutan dörd ən yaxşı kollektiv elit raunda yüksələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti