İtaliyalı baş məşqçi AFFA-nın bu təklifini qəbul etmədi

17 Oktyabr 2022 11:40 Milli komanda 2 111
İtaliyalı baş məşqçi AFFA-nın bu təklifini qəbul etmədi

AFFA ilə müqaviləsinin müddətini üçüncü dəfə yeniləyən Canni De Byazi Məşqçilər Komitəsinin təklifini geri çevirib.

Millinin baş məşqçi postunda qalan italyan komitə tərəfindən namizədliyi irəli sürülən yerli məşqçiləri özünə köməkçi götürməkdən imtina edib.

Bura Yunis Hüseynov, Yaşar Vahabzadə kimi yaşlı və hazırda heç bir yerdə çalışmayan yaşlı mütəxəssislərdən gedir.

65 yaşlı apenninli təqdimat əsasında seçim etmək istəmədiyini federasiya mənsublarının diqqətinə çatdırıb.

Azərbaycan yığması UEFA Millətlər Liqasının son mövsümündə uğursuz çıxış edib. C Divizionun III qrupunda yer alan komandamız pley-off mərhələsinə vəsiqə qazanmayıb.

Bununla belə, AFFA De Byazi ilə sözləşməni uzadıb. O, AVRO-2024-ün seçmə mərhələsinin sonunadək burada qalacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti