Azərbaycan millisi yeni açılan stadionda oynayacaq?

15 Oktyabr 2022 00:50 Milli komanda 1 452
Azərbaycan millisi yeni açılan stadionda oynayacaq?

Avstriya Futbol Assosiasiyası AVRO-2024-ün F qrupunun Azərbaycan (24 mart) və Estoniya (27 mart) millilərinə qarşı keçiriləcək ev oyunları üçün stadion seçimi aparır.

Sportinfo.az Avstriya mətbuatına istinadən xəbər verir ki, avstriyalıların millimizə qarşı ev oyununu keçirəcəyi ən çox ehtimal olunan "LASK Linz"in yeni "Rayffaysen Arena" stadiuonudur.

Bu barədə yerli federasiyanın maliyyə direktoru Bernhard Noyhold bildirib:

"LASK-ın prezidenti bu yaxınlarda oyun zamanı bizə yeni arenanın üstünlüklərini göstərdi.

Əgər komandanın baş məşqçisi Ralf Ranqnik və idman direktoru Peter Şottel buna etiraz etməsə, o zaman Linz stadionu 2023-cü ildə ilk beynəlxalq matçlara mütləq əsas namizəd olacaq".

Liarenanın fevralda açılışı planlaşdırılır.

Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində Belçika, İsveç, Estoniya və Avstriya ilə eyni qrupda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti