Azərbaycan yığması ilə bağlı bu xəbər ki, var...

14 Oktyabr 2022 20:00 Milli komanda 1 585
Azərbaycan yığması ilə bağlı bu xəbər ki, var...

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində mübarizə aparacağı komandaların adlarına və matçların baş tutacağı tarixlərə aydınlıq gəldi.

Canni de Byazinin meydana çıxaracağı yığma Belçika, Avstriya, İsveç və Estoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Sonuncu rəqibi çıxsaq, digər komandaların hansı gücə sahib olduğunu ətraflı izah etmək artıqdır.

Elə buna görə də azarkeşlər və futbol ictimaiyyəti ölkənin bir nömrəli futbol komandasının F qrupunda 5 komanda arasında ən yaxşı halda 3-cü yeri tuta biləcəyini iddia edir. O da ki, ən yaxşı haldı.

Milli komandanın “feysbuk”dakı eyniadlı səhifəsində yazılan izləyici şərhlərindən Azərbaycan seçməsinə olan ümidi görmək mümkündür.

Diqqət yetirək:

“Yığma bu qrupda ən yaxşı halda 5 xal toplaya bilər. İlk 3 rəqib bizdən çox üstündür. Estoniyadan uzağı 4 xal almaq olar”.

“Qrupdakı rəqiblərin adları növbəti biabırçılığın başlanğıcıdır”.

“Onsuz da bu qrupda sonuncu olacağıq. De Byazi də deyəcək ki, nə vaxt Avstriya, Belçika kimi komandaları udmuşdunuz ki? Və müqavilə müddəti yenə artırılacaq. Nə vaxta qədər ki, AFFA-da oturan lazımsız, futboldan anlayışı olmayan insanlar getməyəcək, futbolumuz bu gündə olacaq”.

“Sıralama indiki düvülüşdəki kimi qurtarsa, böyük işdir”.

“AFFA-nın “inkişaf”ı burada da görünəcək”.

“O biriləri demirəm, elə Estoniya 4-5 top vuracaq. 0 xal, xeyirli olsun”.

“Və sonda 1 xal qazanacağıq”.

Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələ oyunları 2023-cü ilin mart-noyabr aralığında keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti