"Çox maraqlı qrupa düşmüşük".
Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində düşdüyü qrupu dəyərləndirən Saşa Yunisoğlu deyib.
Yığmanın sabiq müdafiəçisi rəqibləri bir-bir analiz edib və qrupda xallar yığmaq perespektivini müsbət qiymətləndirib:
"Belçika açıq-aşkar favoritdir. Onlardan, çətin ki, xal ala bilək.
Avstriya yaxşı komandadır. Səfərdə oynamaq bizə çətin olacaq. Amma evdə, doğma azarkeşlər önündə mübarizə aparmaq olar.
Estoniya gücümüzə görə rəqibdir. Yəqin ki, bütün Azərbaycan bu rəqiblə oyunlarda qələbə gözləyir.
İsveç İbrahimoviçin olduğu milli qədər güclü deyil. Sonuncu Millətlər Liqasının B liqasında son pilləni tutaraq, C liqasına yuvarlanıblar.
Ola bilər ki, növbəti Millətlər Liqasında da rəqib olaq. Düzdür, əvvəlki İsveç deyil, amma yenə də zəif sayılmamılıdır.
Lakin bu millidən də xallar almaq olar. Əsasən da ev oyunlarında xallar almaq olar. Estoniyadan 6 xal, 4 xal da İsveçdən almaq olar".
XANOĞLAN

