AFFA baş məşqçi ilə şərt kəsdi – Yığma qrupda qalsa, vəzifəni itirəcəksən

12 Oktyabr 2022 19:00 Milli komanda 2 221
AFFA baş məşqçi ilə şərt kəsdi – Yığma qrupda qalsa, vəzifəni itirəcəksən

AFFA 17 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Elxan Abdullayevdən konkret nəticə tələb edib.

Bu barədə Sportinfo.az-a federasiyadan bildirilib.

Redaksiyamıza verilən informasiyaya görə, yığmanın çalışdırıcısından 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsində uğurlu nəticə istənilib.

U-17 seçmə mərhələdə Bosniya və Herseqovina, Ukrayna və Lixtenşteyn ilə 2-ci qrupda mübarizə aparacaq.

İşdir, komandamız qrupdan çıxa bilməsə, E.Abdullayev vəzifəsi ilə vidalaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti