Postunda saxlanılmasının səbəbi bilindi – Vitse-prezident AÇIQLADI

11 Oktyabr 2022 20:40 Milli komanda 968
Postunda saxlanılmasının səbəbi bilindi – Vitse-prezident AÇIQLADI

Oktyabrın 4-də AFFA İcraiyyə Komitəsinin (İK) iclasında Azərbaycan millisinin baş məşqçisi ilə bağlı məsələyə aydınlıq gəldi.

Komitə üzvləri AÇ-2024-ün seçmə mərhələsinin sonuna qədər Canni de Byazi ilə yola davam etməyi qərara aldı.

Millətlər Liqasında qrupu 10 xalla ikinci pillədə başa vuran yığmanın baş məşqçisinin daha 1 illik müqaviləni nə dərəcədə haqq etdiyini zaman göstərəcək.

Amma indiki məqamda görünən odur ki, ölkəmizin bir nömrəli futbol komandası ilk matçlarda lazımi xalları itirməsəydi, qrup qalibi adını qazana bilərdi. İstənilən halda,

De Byazi də 4 il əvvəl Qurban Qurbanovun dönəmində olduğu kimi hədəfə çata bilmədi.

İndi sual doğuran məqam italiyalı çalışdırıcının hansı əsasla Azərbaycanda saxlanılmasıdır. Yəni İK üzvlərinin ona hansı xidmətlərinə görə növbəti dəfə bel bağlaması maraq doğurur.

AFFA-nın vitse prezidenti, İK-nın üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla söhbətdə suala aydınlıq gətirməyə çalışdıq:

“Baş məşqçinin qarşısına pley-offa yüksəlmək hədəfi qoyulmuşdu və bu gün həmin şans qalmaqdadır.

Komandanın qrup mərhələsində yığdığı 10 xal və tutduğu 2-ci yerə nəzərə alınmaqla müqavilənin növbəti mərhələnin sonuna qədər uzadılmasına dair qərar qəbul edildi. Dediyim kimi, pley-offa yüksəlmək şansımız hələ də qalır”.

Azərbaycan seçməsi Millətlər Liqasında 6 oyundan 10 xal toplamaqla qrupu 2-ci sırada başa vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti