Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Estoniyanın baş məşqçisi Tomas Heberli püşkü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis yığmamızla eyni səviyyədə olduqlarını deyib:
"Ən əsası odur ki, dördüncü səbətdən Yunanıstan və Türkiyədən qaçdıq. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdir.
Düşünürəm ki, Azərbaycan az-çox bizimlə eyni səviyyədə olan komandadır".
Komandamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

