Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İsveç yığmasının baş məşqçisi Yanne Andersson püşkü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis qruodakı komandaların səviyyəsinin bərabər olduğunu deyib:
"Beş komandalı qrup yaxşıdır. Daha pis qruplar var idi. Eyni zamanda daha asanları.
Məncə, qrupda komandaların səviyyəsi bərabərdir. Çətin olacaq, lakin qrupdan çıxa bilərik".
milli komandamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

