"Azərbaycan millisi bizimlə eyni səviyyədə olan komandadır".
Sportinfo.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
48 yaşlı mütəxəssis 4-cü səbətdən Yunanıstan və Türkiyə ilə düşmədikləri üçün sevindiyini bildirib:
"Bu iki komandadan başqa digərləri bizim üçün mükəmməl rəqiblərdir".
Azərbaycan seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

