"Azərbaycan uzaqdadır və bu, özlüyündə bir problemdir".
Sportinfo.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Roberto Martines 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
49 yaşlı mütəxəssis 5 komandalı qrupa düşmələrini müsbət hal kimi qiymətləndirib:
"Beləliklə, gənclərin təcrübə toplamaları üçün təqvimə yoldaşlıq görüşləri əlavə edə bilərik".
Martines digər rəqiblər haqqında da danışıb: "Avstriyanın Ralf Ranqnik kimi təcrübəli baş məşqçisi var.
İsveç UEFA Millətlər Liqasında gözlənilən qədər yaxşı çıxış etmədi. Estoniya kollektivini isə yaxşı tanıyırıq.
AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanmaq o qədər də sadə deyil. Dünya çempionatında olmayan Avropa çempionu İtaliyaya nəzər yetirməyiniz kifayətdir".
Azərbaycan seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

