AFFA yığmanın baş məşqçi postunda kimi görmək istəyir?

8 Oktyabr 2022 20:00 Milli komanda 1 770
AFFA yığmanın baş məşqçi postunda kimi görmək istəyir?

19 yaşlılardan ibarət yığmanın yeni baş məşqçisi Aqil Nəbiyev ola bilər.

Sportinfo.az bu barədə AFFA-dan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, hazırda U-18-i çalışdıran gənc mütəxəssis Miloş Velebiti əvəzləməyə ən real variantdır.

Federasiyanın baş katibi Sərxan Hacıyev mümkün namizədlər arasında ona üstünlük verir.

Serbiyalı çalışdırıcı AFFA İcraiyyə Komitəsinin son qərarıyla iş yerini itirib. Dörd ildən artıq müddətdə Azərbaycanda olan Velebitin müqaviləsi uzadılmayıb.

Səbəb U-19-un seçmə mərhələsində biabırçı çıxış etməsidir. Millimiz Bolqarıstanda keçirilən II qrupda ən zəif nəticəni göstərib.

Son bir həftədə Bolqarıstana 0:1, Türkiyəyə isə 1:5 hesabı ilə məğlub olan gənclərimiz Albena şəhərində baş tutan qarşılaşmada Lüksemburqa da yenilib – 0:1.

Beləliklə, hər üç oyunda rəqiblərinə uduzan Azərbaycan yenə xal qazanmadan qrup sonuncusu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti