De Byazinin bu addımı 3 ölkənin futbol fanatların HƏRƏKƏTƏ GƏTİRDİ

6 Oktyabr 2022 21:20 Milli komanda 1 442
De Byazinin bu addımı 3 ölkənin futbol fanatların HƏRƏKƏTƏ GƏTİRDİ

Azərbaycan millisini daha bir il çalışdıracaq Canni De Byazi öz sosial şəbəkə hesabından post paylaşıb.

O, paylaşımında daha bir seçmə mərhələ ona güvənən insanlara təşəkkür edib və futbolçulardan söz açıb:

"Milli komandamızla bu günə kimi görülən işləri dəyərləndirən federasiyanı, başda rəhbər Rövnəq Abdullayev olmaqla İcraiyyə Komitəsinə şəxsən təşəkkür edirəm.

Oyunçuların, rəsmilərin və azarkeşlərin birgə işləməsi üçün yetərli sistem uyğunlaşdırdıq. İndi isə iddialı və daha çətin bir sınaq olacaq

Almaniyada keçiriləcək AVRO-2024-ün seçmə mərhələsi bizi gözləyir. Mənimlə güvənli şəkildə yola çıxan futbolçulara təşəkkür edir və mənim üçün çox dəyərli olduqlarını bildirmək istəyirəm".

İtaliyalı mütəxəssisin paylaşımı izləyicilərini üç qrupa bölüb - İtaliyanlar, albanlar və azərbaycanlılar.

Belə ki, birinci qrupa aid olan - onun həmyerliləri Canniyə uğur arzulamaq üçün şərhdə növbəyə düzülüblər. Onun daha bir il Azərbaycan millisində qalmasının sevincini qeyd ediblər.

Albanlar isə milli komandaların Avropa Çempionatına aparmış mütəxəssisin xiffətin çəkdilərini əyani göstəriblər. Hər birinin mütəxəssisin yeni müqaviləsinə üzüldüyü aşkar görünüb. Ki, onlar Canninin yenidən Albaniya millisən qayıtmasını arzulayırlar.

Amma azərbaycanlılar tam əks mövqedə olduqların göstəriblər. Nəinki uğur arzulamaq, əksinə yerli publikanın onu istəmədiyini açıqca rəylər bölümünə yerləşdiriblər.

64 yaşlı mütəxəssis 2020-ci ildən Azərbaycan yığmasının başındadır. Onun rəhbərliyi altında komandamız DÇ-2022-nin seçmə mərhələsini 1 xalla başa vuraraq qrupda sonuncu yeri tutub.

Sonuncu Millətlər Liqasında isə C Divizonun 3-cü qrupunda 10 xalla Qazaxıstandan sonra ikinci pillədə başa vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti