Elxan Məmmədov Parisdən diktə etdi, Bakıda hər şey istədiyi kimi oldu

5 Oktyabr 2022 14:40 Milli komanda 725
Elxan Məmmədov Parisdən diktə etdi, Bakıda hər şey istədiyi kimi oldu

FİFA-nın Paris ofisində çalışan Elxan Məmmədov dünən AFFA İcraiyyə Komitəsinin toplantısına canlı olaraq bağlanıb.

Videokonfrans formatında yığıncağa qoşulan federasiyanın sabiq icraçı vitse-prezidenti əsasən milli ilə bağlı müzakirələrdə fəal iştirak edib.

Komitə üzvlərindən yalnız Vaqif Sadıqov Canni De Byazinin yığmada saxlanılmasından narazı qaılb.

Qurumun vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri italiyalı ilə müqavilənin 2 illik uzadılmasına açıq etiraz eləməsə də, üstüörtülü şəkildə bildirib ki, komandanın yerli mütəxəssislərdən birinə tapşırılması daha doğru addım olardı.

E.Məmmədov De Byazi ilə işbirliyinin zəruri olduğunu söyləyib. O, yığmanın UEFA Millətlər Liqasının C Divizionunda C qrupundan çıxa bilməməsinin üstündən sükuila keçib, əvəzində 10 xal qazanılmasını qabardıb.

Deyib ki. millinin italiyalının rəhbərliyində AVRO-2024-ün seçmə məohələsində uğurlu nəticələr göstərəcəyinə əmindir.

Rövnəq Abdullayevin mövqeyi? 2020-ci ildə De Byazinin ilk təyinatına qarşı çıxan AFFA prezidenti bu dəfə susqunluq nümayiş etdirib.

Faktiki olaraq federasiyaya nəzarəti itirmiş Abdullayev artıq heç bir prosesə qarışmır və belə demək mümkünsə, AFFA-dan gedəcəyi günü gözləyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu