Emin Mahmudov: “Millidə böyük məbləğ alsaydıq, pis olmazdı” - VİDEO

5 Oktyabr 13:20 Milli komanda 420
Emin Mahmudov: “Millidə böyük məbləğ alsaydıq, pis olmazdı” - VİDEO

“Neftçi”nin kapitanı Emin Mahmudov ARB kanalında yayımlanan “Oyundankənar” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan millisinin futbolçularına Slovakiya və Qazaxıstan üzərində qazanılan qələbələrə görə yüksək məbləğdə mükafat verilməsi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib:

“Böyük məbləğ olsaydı, pis olmazdı. Həmişə qələbə qazananda bu söhbətlər ortaya atılır. Heç iki oyuna biz o qədər məbləğdə mükafat almamışıq.

Müxtəlif rəqəmlər yazırlar və bu, yalandır. Bu cür şeylər xoş deyil.

Mən Rusiyada oynayanda belə qələbələr üçün daha çox pul alırdıq. Futbolda digər sahələrə nisbətən böyük pullar olur.

Mən bunu müdafiə etmirəm, amma millinin oyunlarına görə yazılan rəqəmlərə heç yaxın məbləğ belə almamışıq”.

Xəbər Lenti