Azərbaycan yığmasının baş məşqçisi dəyişir - Qrup sonuncusu olduğu üçün

4 Oktyabr 2022 13:00 Milli komanda 1 464
Azərbaycan yığmasının baş məşqçisi dəyişir - Qrup sonuncusu olduğu üçün

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yeni baş məşqçiyə tapşırılacaq.

AFFA 2 ildir bu vəzifəni yerinə yetirən Miloş Velebitə müqaviləni uzatmağı təklif etməyib.

Komandamız serbiyalının rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində biabırçı çıxış edib. Millimiz Bolqarıstanda keçirilən II qrupda ən zəif nəticəni göstərib.

Son bir həftədə Bolqarıstana 0:1, Türkiyəyə isə 1:5 hesabı ilə məğlub olan gənclərimiz Albena şəhərində baş tutan qarşılaşmada Lüksemburqa da yenilib – 0:1.

Beləliklə, hər üç oyunda rəqiblərinə uduzan Azərbaycan yenə xal qazanmadan qrup sonuncusu olub.

Bu gün AFFA İcraiyyə Komitəsi yığışacaq və digər məsələlər kimi, U-19-la bağlı qərar verəcək.

Düzdür, Velebit müxtəlif şəxslər vasitəstlə federasiya rəhbərliyinə təsir göstərməyə, kontraktının uzadılmasına nail olmağa çalışır, lakin onunla bağlı fikir birmənalı deyil. böyük ehtimalla, bu posta yerli mütəxəssis gətiriləcək.

SPORTİNFO.AZ

1

Türkiyə

3

1

2

0

10-6

5

2

Lüksemburq

3

1

2

0

5-4

5

3

Bolqarıstan

3

1

2

0

2-1

5

4

Azərbaycan

3

0

0

3

1-7

0

Digər Xəbərlər
Xəbər Lenti