Elxan Məmmədov onunla danışdı, AFFA-ya tapşırıq verdi – İki illik müqavilə+maaş artımı

4 Oktyabr 2022 10:40 Milli komanda 1 658
Elxan Məmmədov onunla danışdı, AFFA-ya tapşırıq verdi – İki illik müqavilə+maaş artımı

AFFA İcraiyyə Komitəsi (İK) bu gün bir araya gələcək.

Gündəliyə 6 məsələ daxil edilib və onların ən mühümü əsas yığmanın baş məşqçisi ilə bağlıdır.

İK 2020-ci ilin əvvəlindən bəri bu vəzifəni tutan Canni De Byazini görəvdə saxlayacaq. İtaliyalı AVRO-2024-ün seçmə mərhələsində də iş başında olacaq.

Bu məsələdə son sözü Elxan Məmmədov deyib. Bəhs etdiyimiz şəxs maydan etibarən FİFA-nın Paris ofisində çalışsa da, AFFA üzərində nəzarətini saxlamaqdadır və bütün əsas qərarların müəllifidir.

Federasiyanın eks icraçı vitse-prezidenti və baş katibi bu arada bir neçə dəfə De Byazi ilə danışıb, ona narahat olmamağı məsləhət görüb.

E.Məmmədov 65 yaşlı çalışdırıcıya bildirib ki, AFFA onunla müqavilənin müddətini növbəti dəfə yeniləməyə hazırlaşır və budəfəki kontraktda maaş artımı nəzərdə tutulub.

Apenninli mütəxəssis ilk mövsümündə AFFA-dan 900 min avro əməkhaqqı alıb. İkinci perioda bu məbləğ 3 dəfə aşağı salınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"