“Milli əhəmiyyətsiz oyunlarda qələbə qazanıb, baş məşqçi yerli olmalıdır”

3 Oktyabr 2022 21:00 Milli komanda 832
“Milli əhəmiyyətsiz oyunlarda qələbə qazanıb, baş məşqçi yerli olmalıdır”

“İndi yox, elə hər zaman düşünmüşəm ki, millidə yerli məşqçi olmalıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanın sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Hazırda “Səbail”in şərəfin qoruyan 34 yaşlı orta sahə oyunçusu bildirib ki, o, ölkənin əsas yığmasının baş məşqçi postunda dəyişiklik olmasına tərəfdardır:

“Millətlər Liqasının son iki turu əhəmiyyəti olmayan oyunlar idi. Hər iki oyundan öncə qrupda lider məlum idi.

Əks haqlda, rəqiblərin hansı motivasiya ilə meydana çıxacağını demək olmazdı. Oyunun əhəmiyyəti qalmayanda, futbolçularda oyuna köklənmə də fərqli olur və oyun başqa cür alınır.

O halda, təbii ki, nəticələr də fərqli ola bilərdi. Bu fikirlərlə millinin Slovakiya və Qazaxıstan üzərində qələbəsinə kölgə salmaq istəməzdim.

Uşaqlara halal olsun, meydanda vuruşdular. Hər qələbə vacibdir.

Yerli mütəxəssisə zaman verilsə, bu nəticələri onlar da verə bilər. Hətta bundan da yaxşı nəticələr ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti