"Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

3 Oktyabr 2022 13:40 Milli komanda 514
"Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

"Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev Bakıda Azərbaycan komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu barədə "Tengrinews" nəşrinə müsahibəsində deyib.

45 yaşlı mütəxəssis turnirin son matçında Aleksandr Maroçkinin avtoqolla yadda qaldığını xatırladıb:

"İlk dəfə hansısa oyunda birinci qolu biz buraxdıq. Bəlkə də bütün bunların eyni qarşılaşmada baş verməsi yaxşı haldır".

Rusiyalı baş məqşçi həmin görüşdə müdafiəçi Nuralı Alipin də qırmızı vərəqə aldığını söyləyib:

"Paltardəyişmə otağında və daha sonra Alipə dəstək oldum. Onun səhvi emosional boşluğun nəticəsidir".

Adiyev sonuncu qarşılaşmaya köklənmək sarıdan da problemlə üzləşdiklərini etiraf edib:

"Belarusla matçdan sonra Azərbaycanla görüşə bir həftə qalsaydı, futbolçular özlərinə gələ bilərdi. Vacib qarşılaşmadan sonra Bakıya səfər etdik.

Təbii ki, istənilən oyun vacibdir. Amma oyunçu üçün əsas vəzifəni yerinə yetirəndə belə matça köklənmək çox çətindir".

Qazaxıstan qrup mərhələsini 13 xalla birinci pillədə başa vuraraq B Liqasına yüksəlib. Azərbaycan yığması 10 xalla ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!