Azərbaycan yığmasını Avro-2024-ə aparacaq baş məşqçi müəyyənləşdi

1 Oktyabr 2022 10:40 Milli komanda 10 731
Azərbaycan yığmasını Avro-2024-ə aparacaq baş məşqçi müəyyənləşdi

2020-ci ilin iyulundan millimizə rəhbərlik edən Canni De Byazi Azərbaycanda daha bir mövsüm keçirəcək.

AFFA adıçəkilən baş məşqçi ilə müqaviləni üçüncü müddətə artırmağa hazırlaşır.

Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. federasiyanın İcraiyyə Komitəsi gələn həftə bu məqsədlə bir araya gələcək və həmin toplantıda yeni anlaşma rəsmiləşəcək.

Ötən ilin dekabrında kontraktı 10 aylıq uzadılan italiyalı çalışdırıcı bu dəfə Avro-2024-ün seçmə mərhələsində komandanın sükanı arxasında dayanacaq.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək.

Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.

Almaniya yarışa ev sahibliyi edəcəyindən, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

Yığmamız püşkatmaya 4-cü torbadan qatılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!