Millinin futbolçularına vəd edilən pul 3 dəfə aşağı salındı – AFFA-dan son qərar

30 Sentyabr 2022 10:40 Milli komanda 2 446
Millinin futbolçularına vəd edilən pul 3 dəfə aşağı salındı – AFFA-dan son qərar

UEFA Millətlər Liqasının C Divizionun 3-cü qrupunda çıxışını başa vuran

Azərbaycan yığmasının futbolçularının qazancı bilinib. AFFA millinin üzvlərinə vəd etdiyi mükafatın ümumi məbləğini son anda azaldıb.

Belə ki, öncədən onlara qələbəyə görə 30-35 min manat sözü verilsə də, indi məlum olur ki, «ənam» 10 min manatadək aşağı çəkilib.

Odur ki, Slovakiya ilə səfər, Qazaxıstanla ev matçlarında əldə edilən qələbəyə görə komandanın oyunçularına üst-üstə 20 min manat ödəniləcək.

Görünür ki, buna səbəb millinin qrupda qalmasıdır. Canni De Byazinin başçılıq etdiyi kollektiv 10 xal toplayaraq, ikinci yeri tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti