"Bəzi məlumatlar külək kimidir, mediada çıxan xəbərlərin 95%-i yalandır"

29 Sentyabr 2022 20:20 Milli komanda 587
"Bəzi məlumatlar külək kimidir, mediada çıxan xəbərlərin 95%-i yalandır"

"AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis son vaxtlar haqqında yazılanları fərziyyə adlandırıb:

"Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95%-i yalandır".

Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011 - 2017-ci illərdə Albaniya seçməsinin sükanı arxasında olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da