Azərbaycan millisindən 4-cü... Buna imza atıldı

29 Sentyabr 2022 09:00 Milli komanda 1 715
Azərbaycan millisindən 4-cü... Buna imza atıldı

Azərbaycan millisi tarixində 4-cü darmadağına imza atıb.

Sportinfo.az xəbər verir ki, Millətlər Liqasında Qazaxıstanı üç qola qonaq edən yığmamız bunadək rəsmi turnirlərdə 3 dəfə böyük hesabla qalib gəlmişdi.

Millimizin əvvəlki qurbanları Lixtenşteyn, San-Marino və Farer adaları olub. Sonuncular üzərində qələbə səfərdə qeydə alınıb.

Darmadağınlardan biri dünya, biri Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Millətlər Liqasında isə iki belə zəfər çalınıb.

5 iyun 1999. AÇ. Bakı. Azərbaycan – Lixtenşteyn - 4:0
4 sentyabr 2017. DÇ. Bakı. Azərbaycan - San Marino - 5:1
1 oktyabr 2018. UML. Torşavn. Farer adaları - Azərbaycan - 0:3
25 sentyabr 2022. UML. Bakı. Azərbaycan – Qazaxıstan – 3:0

Digər Xəbərlər
Xəbər Lenti